• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

SOCAR və TISS arasında sövdələşmə təsdiqlənib

İQTİSADİYYAT

08 Fevral 2026 | 10:09 | Müəllif: Əli Hüseynov

SOCAR və TISS arasında sövdələşmə təsdiqlənib

Avropa Komissiyası Aİ-nin birləşmələr haqqında Reqlamentinə uyğun olaraq “SOCAR Aliağa Liman İşletmeciliği” A.Ş. (“SOCAR Terminal”) şirkəti üzərində birgə nəzarətin “SOCAR Turkey Enerji” A.Ş. (STEAS) və “Terminal Investment Switzerland Sàrl” (“TISS”) tərəfindən əldə edilməsini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

TISS İsveçrənin “MSC Mediterranean Shipping Company Holding” SA və ABŞ-ın “BlackRock, Inc.” şirkətlərinin törəmə müəssisəsidir.
Bu sövdələşmə əsasən Türkiyənin İzmir şəhərinin Aliağa bölgəsində konteyner terminalları üzrə xidmətlərin göstərilməsini əhatə edir.

Komissiya Avropa İqtisadi Məkanına məhdud təsir göstərdiyini nəzərə alaraq, bildirilmiş sövdələşmənin rəqabət baxımından hər hansı narahatlıq doğurmayacağı qənaətinə gəlib. Bildiriş əsasında təqdim edilən bu əməliyyat birləşmələrin yoxlanılması üzrə sadələşdirilmiş prosedur çərçivəsində araşdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026