• Bakı C

    5.93 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Dəmiryol nəqliyyatı ilə yükdaşımaların həcmi azaldı

İQTİSADİYYAT

09 Mart 2026 | 17:09

Dəmiryol nəqliyyatı ilə yükdaşımaların həcmi azaldı

Bu ilin yanvar ayında Azərbaycanda dəmiryolu nəqliyyatı ilə 229 milyon 406,1 min ABŞ dolları dəyərində 520 min 244,74 ton yük daşınıb.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,4 % və 16,6 % azdır.

2026-cı ilin ilk ayında dəmiryolu nəqliyyatı ilə 52 milyon 853 min ABŞ dolları dəyərində 152 min 345 ton yük ixrac olunub, 176 milyon 553,1 min ABŞ dolları dəyərində 367 min 899,9 ton yük idxal edilib.

Hesabat dövründə ixrac olunan yükün dəyəri 14,2 %, həcmi isə 23,3 % azalıb. 2026-cı ilin yanvarında ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan yükün dəyəri 8 %, həcmi isə 13,5 % azalıb.


SON XƏBƏRLƏR