• Bakı C

    10.02 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Qızılın qiyməti 4500 dolları keçərək rekord qırdı

İQTİSADİYYAT

09 Yanvar 2026 | 20:35

Qızılın qiyməti 4500 dolları keçərək rekord qırdı

Qlobal əmtəə bazarlarında qızılın qiyməti 4 500 ABŞ dolları həddini keçib.

Bakıvaxtı.az xəbər verir ki, COMEX birjasında bu ilin fevral ayı tədarükü üzrə qızıl fyuçerslərinin qiyməti 1% artaraq 4 505 ABŞ dolları/unsiya səviyyəsinə yüksəlib.

    Eyni zamanda, spot bazarda qızılın qiyməti 0,64% bahalaşaraq 4 506 ABŞ dollarını ötüb.
    Məlumatlara görə, spot qiymətin fyuçers kontraktlarını üstələməsi bazarda qızılın dərhal tədarükünə tələbatın artdığını göstərir.

    Qızılın qiymətindəki artım əsasən geosiyasi risklərin güclənməsi, investorların riskdən qaçış davranışının artması və təhlükəsiz aktivlərə yönələn tələbin yüksəlməsi ilə əlaqələndirilir.


    SON XƏBƏRLƏR

    09 Yanvar 2026