BMT 2026-cı ildə Azərbaycanın iqtisadi artımının 2,7% olacağını proqnozlaşdırır.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu, BMT təşkilatının "Dünya İqtisadi Vəziyyəti və Perspektivləri 2026" hesabatında yer alıb.
Hesabata əsasən, Azərbaycanda neft hasilatındakı durğunluq 2025-ci ildə iqtisadi fəaliyyəti məhdudlaşdırıb, qeyri-neft sektoru isə daha güclü şəkildə fəaliyyət göstərib. Təbii qaz istehsalı və ixracının artması, qeyri-neft sektorunda davamlı artım sayəsində 2026-cı ildə ÜDM artımının sürətlənəcəyi gözlənilir.
Təşkilat 2027-ci ildə Azərbaycanın ÜDM artımının 2,6% olacağını proqnozlaşdırır.
BMT-nin proqnozlarına görə, 2026-cı ildə Azərbaycanda orta illik inflyasiya 4%, 2027-ci ildə isə 3,5% olacaq.
Gülşən Şərif
Bakı 




