• Bakı 10° C

    6.02 m/s

  • USD - 1.7

    EUR - 1.9874

    RUB - 2.1662

Ceyhun Bayramov Tamas Sulyokla görüşdü

SİYASƏT

11 Dekabr 2025 | 14:22

Ceyhun Bayramov Tamas Sulyokla görüşdü

Macarıstana işgüzar səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstan Prezidenti Tamas Sulyok tərəfindən qəbul edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş ikitərəfli əməkdaşlığın dinamik gündəliyi üzrə fikir mübadiləsi aparmaq və son illərdə əldə olunan irəliləyişi dəyərləndirmək üçün əhəmiyyətli bir platforma yaradıb.

Tərəflər ticarət, investisiya, enerji təhlükəsizliyi, yaşıl texnologiyalar, nəqliyyat əlaqəliliyi, təhsil və mədəni mübadilə kimi əsas sahələr üzrə strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Azərbaycan və Macarıstan arasında qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsində davamlı siyasi dialoqun və yüksək səviyyəli təmasların əhəmiyyəti vurğulanıb.

Regiondakı post-münaqişə reallıqları, Ermənistan ilə normallaşma prosesi, eləcə də Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərinə də toxunulub.

Tərəflər regional və çoxtərəfli çərçivələrdə genişlənən əməkdaşlığı vurğulayaraq iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində ortaq öhdəliyi qeyd ediblər.


SON XƏBƏRLƏR