• Bakı 10° C

    6.02 m/s

  • USD - 1.7

    EUR - 1.9874

    RUB - 2.1662

Onların da maaşı artırılacaq - ŞAD XƏBƏR

CƏMİYYƏT

11 Dekabr 2025 | 14:45

Onların da maaşı artırılacaq - ŞAD XƏBƏR

Məhkəmə ekspertlərinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən əməkhaqlarının artırılması ilə bağlı təkliflər hazırlanacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 ─ 2030-cu illər üçün Konsepsiya”ında öz əksini tapıb.

Ekspert peşəsinin xüsusiyyətləri nəzərə alınaraq onların sosial müdafi əsinin gücləndirilməsi, vəzifələrinin nümunəvi icrasının qiymətləndirilməsi məqsədilə təkliflər hazırlanması, toplanmış təkliflər əsasında müvafiq normativ hüquqi akt layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi, məhkəmə ekspertlərinin sosial rifahının yaxşılaşdırılması, rəqabətədavamlı əməyin ödənişi sisteminin formalaşdırılması və məhkəmə ekspertizası fəaliyyəti sahəsində dayanıqlı inkişaf təmin edilməsi planlaşdırılır.


SON XƏBƏRLƏR