• Bakı C

    4.71 m/s

  • USD - 1.7

    EUR - 1.9874

    RUB - 2.1662

Kaştru istefaya göndərildi

İDMAN

11 Dekabr 2025 | 18:51

Kaştru istefaya göndərildi

Fransanın Liqa 1 təmsilçisi "Nant" baş məşqçi Luiş Kaştru ilə əməkdaşlığa son qoyub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

Köməkçiləri ilə birlikdə istefaya göndərilən portuqaliyalı mütəxəssis 2025-ci ilin iyulundan sözügedən komandanın "sükanı arxası"nda idi.

Kaştrunun rəhbərliyi altında 15 matça çıxan "Nant" 2 qələbə, 5 heç-heçə və 8 məğlubiyyətlə yadda qalıb.

Qeyd edək ki, 15 oyuna 11 xal toplayan "Nant" Liqa 1-in turnir cədvəlində 17-ci pillədə mövqe tutub.


SON XƏBƏRLƏR