• Bakı C

    10.02 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

"Sumqayıt" Macarıstan klubuna böyük hesabla uduzdu

İDMAN

09 Yanvar 2026 | 18:54

Sumqayıt Macarıstan klubuna böyük hesabla uduzdu

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" futbol klubu ilk yoxlama oyununda Macarıstan təmsilçisi "Pakş" komandasına uduzub.

Bakıvaxtı.az xəbər verir ki, Saşa İliçin baş məşqçisi olduğu kollektiv 5:1 hesabı ilə məğlub olub.

"Sumqayıt"ın yeganə qolunu Rüstəm Əhmədzadə vurub.

Qeyd edək ki, "gənclik şəhəri" təmsilçisi Türkiyədə daha iki yoxlama oyununa çıxacaq. Komanda yanvarın 12-də Serbiyanın OFK, 16-da isə Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gələcək.


SON XƏBƏRLƏR

09 Yanvar 2026