• Bakı 22° C

    7.08 m/s

Türkiyə nəhənginin avtobusu DAŞA BASILDI 

İDMAN

08 Fevral 2026 | 14:28 | Müəllif: Əli Hüseynov

Türkiyə nəhənginin avtobusu DAŞA BASILDI

Türkiyənin Samsun şəhərində keçirilən "Samsunspor" - "Trabzonspor" Super Liqa matçından əvvəl "Trabzonspor" komandasının avtobusuna daş atılaraq hücum edilib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən saat 20:00 radələrində "19 May Stadionu" ətrafında baş verib.

Samsun Polis İdarəsinin əməliyyatı nəticəsində hücumda iştirak etdikləri müəyyən edilən S.A. (18), A.Ş. (19), A.B. (15), U.K. (17), E.G. (17) və T.C.U. (16) saxlanılıb.

Şübhəlilərə qarşı məhkəmə prosesləri davam edir. Rəsmi orqanlar idman tədbirlərində zorakılığa qarşı sıfır tolerantlıq siyasətini bir daha vurğulayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026