Futbol üzrə Misli Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
Bakıvaxtı.az-ın məlumatına görə, günün son matçında "Neftçi" evdə "Turan Tovuz"la üz-üzə gəlib.
Görüş Tovuz klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bölgə təmsilçisi 44 xalla üçüncü pillədə qərarlaşıb. "Ağ-qaralar" isə 31 xalla 7-ci yerdədir.
Günün ilk oyununda "Zirə" öz meydanında "Kəpəz"i qəbul edib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
XXIII turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Karvan-Yevlax"la 1:1, "İmişli" "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edib, "Qarabağ" isə doğma meydanda "Araz-Naxçıvan"a 6 cavabsız qolla qalib gəlib. Tura martın 10-da yekun vurulacaq.
Bakı 




