• Bakı C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Hakimi tənqid etdiyinə görə cərimələndi

İDMAN

09 Mart 2026 | 22:48

Hakimi tənqid etdiyinə görə cərimələndi

"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, futbolçu İngiltərə Premyer Liqasının 24-cü turunda "Tottenhem"lə (2:2) matçdan sonra hakimi tənqid etdiyinə görə 80 min funt sterlinq (təxminən 92 min avro) məbləğində maliyyə sanksiyasına məruz qalıb. Qurum bu gün oyunçunun diskvalifikasiyadan xilas olduğunu, lakin müstəqil dinləmədə təqsirini boynuna aldığını açıqlayıb.

Xatırladaq ki, Rodri həmin oyundan sonra verdiyi müsahibədə bu sözləri deyib: 

"Biz həddindən artıq çox qalib gəlmişik və insanlar artıq bizim qələbəmizi istəmirlər. Amma hakim neytral olmalıdır. Düzünü desəm, bu, mənim üçün ədalətsizlikdir". 

Qeyd edək ki, bu sözlər hakimin dürüstlüyünü şübhə altına aldığı üçün intizam araşdırmasına səbəb olub. Assosiasiya bildirib ki, Rodri oyundan sonrakı müsahibəsi zamanı qeyri-etik davranıb və hakimin qərəzli olduğunu eyham vuran şərhlər verib. Pul cəriməsi ilə yanaşı, ispaniyalı futbolçuya gələcəkdə bu cür davranışların yolverilməz olduğu barədə xəbərdarlıq edilib.


SON XƏBƏRLƏR

09 Mart 2026