Serbiyanın Zrenyanin şəhərində 23 yaşadək güləşçilərdən ibarət Avropa çempionatı start götürüb.
Bakıvaxtı.az xəbər verir ki, turnirin ilk günündə Azərbaycanın iki sərbəst güləşçisi finala yüksəliblər.
Vasif Bağırov (57 kiloqram), Səbuhi Əmiraslanov həlledici mərhələyə vəsiqə qazanıblar. Ramik Heybətov (70 kiloqram) təsəlliverici görüşdə mübarizə aparacaq. Zəfər Əliyev (97 kiloqram) bürünc medal uğrunda Davide Kossu (İtaliya) – Emirhan Kılıç (Türkiyə) görüşünün qalibi ilə güləşəcək. Musa Ağayev də (65 kiloqram) bürünc medal uğrunda ermənistanlı Arman Musikyanla mübarizə aparacaq.
Qeyd edək ki, U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.
Bakı 




