• Bakı C

    10.02 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

"Neftçi" Çempionlar Liqasının iştirakçısına qalib gəldi

İDMAN

09 Yanvar 2026 | 19:35

Neftçi Çempionlar Liqasının iştirakçısına qalib gəldi

"Neftçi" qış təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə hazırlıq prosesi keçən klub Qazaxıstanın "Kayrat" komandası ilə üz-üzə gəlib.

Qarşılaşma "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə bitib. "Ağ-qaralar"ın heyətində Ağadadaş Salyanski (67), Vensan Abubakar (89) və Murad Məmmədov (90+2) fərqləniblər.

Qeyd edək ki, "Kayrat" hazırda Çempionlar Liqasının iştirakçısıdır və Liqa mərhələsində 1 xalla sonuncu - 36-cı sırada yer alıb.


SON XƏBƏRLƏR

09 Yanvar 2026