• Bakı C

    4.71 m/s

  • USD - 1.7

    EUR - 1.9874

    RUB - 2.1662

İsrailli iş adamından Gürcüstan DTX-da izahat alınıb

DÜNYA

11 Dekabr 2025 | 17:42

İsrailli iş adamından Gürcüstan DTX-da izahat alınıb

Gürcüstanda terror aktları təhlükəsi barəsində dezinformasiyanın yayılması ilə bağlı olaraq İtsik Moşe Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan DTX-dan bildirilib.

Məlumata əsasən, Moşe informasiyanı Knesset üzvündən aldığını, həmin şəxsə isə məlumatın Knessetin Etika komissiyasının nümayəndəsinin təqdim edildiyini bildirib.

Moşenin daha konkret və ciddi informasiya mənbəyinin adını çəkə bilmədiyi vurğulanıb.

“Onun niyə KİV nümayəndələrinə Gürcüstan tərəfinin təhlükə barədə xəbərdarlıq edildiyini söyləməsi ilə bağlı suala gəlincə, İtsik Moşe bu faktı tamamilə təkzib edib. İzahına görə, o, jurnalistlərə bildirib ki, əgər təhlükə real olsaydı, Gürcüstan tərəfi mütləq bu barədə məlumatlandırılardı”, - DTX-nın məlumatında deyilir.

Qurum bir daha hamını Gürcüstana ziyan vuran bu cür absurd, mənasız və yoxlanılmamış informasiyanı yaymaqdan çəkinməyə çağırıb.

Qeyd edək ki, İtsik Moşe iş adamıdır. O, Gürcüstan-İsrail Biznes Palatasının prezidenti və “İsrail Evi”nin təsisçisidir./APA


SON XƏBƏRLƏR