Pakistan təhlükəsizlik qüvvələri Xayber-Paxtunxva əyalətində antiterror əməliyyatları keçirib və 11 silahlını məhv edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistanın Silahlı Qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) məlumat yayıb.
Məlumata görə, əməliyyatlar Şimali Vəziristan və Kurram dairələrində aparılıb.
ISPR-in mətbuat açıqlamasında bildirilir ki, zərərsizləşdirilən silahlılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına və mülki şəxslərə qarşı hücumlarda iştirak ediblər. Əməliyyat zamanı onların üzərindən silah və döyüş sursatı aşkarlanıb.
Bakı 




