Fransanın Baş naziri Sebastyan Lekornu 2027-ci il prezident seçkilərində namizəd olmayacağını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, o, uzun müzakirələrdən sonra mübahisəli 2026-cı il büdcəsini Milli Məclisdən keçirməyi bacarıb.
Lekornu konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndindən istifadə etməsini “peşmançılıq” adlandıraraq vədini pozduğunu etiraf edib.
Qeyd edək ki, Baş nazir yaxın həftələrdə altı yeni nəsil nüvə reaktorunu əhatə edən milli enerji proqramının imzalanacağını bildirib.
Fransada son illərdə baş nazirlik və hökumət böhranları ilə yadda qalan Lekornu prezident seçkilərinə qatılmayacağını bir daha təsdiqləyib.
Əli Hüseynov
Bakı 



