İsrail ordusunun Livanın cənub və Beyrut bölgələrinə həyata keçirdiyi hava hücumları nəticəsində 17 nəfər həlak olub, onlarla insan yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, Livanın rəsmi mənbələri hücumların Əl-Ənsariyə, Kana, Hinnaviyə və digər yaşayış məntəqələrini hədəf aldığını bildirir.
Paralel olaraq Hizbullah İsrail ərazilərinə cavab olaraq 26 hücum həyata keçirdiyini açıqlayıb.
Livan Səhiyyə Nazirliyi ölkədə 2 martdan bəri həyata keçirilən hücumlarda ümumi ölüm sayının 570-ə çatdığını bəyan edib.
Əli Hüseynov
Bakı 



