İsrail Müdafiə Qüvvələri (IDF) Livan ərazisində “Hizbullah” qruplaşmasına məxsus raket buraxılış məntəqələrinə qarşı yeni hava hücumlarına başladığını elan edib.
Bakıvaxtı.az ordunun rəsmi teleqram kanalına istinadən xəbər verir ki, əməliyyatın hədəfi qruplaşmanın atəş gücünü sıradan çıxarmaqdır.
“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Livandakı “Hizbullah” raketlərini hədəf almağa başlayıb”, – deyə mətbuat xidmətinin yaydığı qısa məlumatda bildirilir.
Xatırladaq ki, aprelin 11-də Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların başlaması gözlənilir. Livan cəbhəsindəki gərginliyin həmin danışıqların gedişatına necə təsir edəcəyi dünya birliyinin diqqət mərkəzindədir.
Bakı 




