Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin sona çatmaq üzrə olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, brifinq zamanı deyib.
O, Rusiya və Ukrayna nümayəndə heyətlərinin 2022-ci ildə İstanbulda razılığa gəldiyini və razılaşmanın paraflandığını qeyd etdi. Lakin bundan sonra Fransa Prezidenti Emmanuel Makron Putinə zəng edərək Ukraynanın belə tarixi sənədləri "başına silah tutaraq" imzalaya bilməyəcəyini bildirdi.
Siyasətçi bildirib ki, Rusiya qoşunlarını Kiyevdən çıxarmalıdır və Moskva da buna razılıq verib. Bundan sonra o vaxtkı Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiya ilə razılaşmanın ədalətsiz olduğu üçün imzalana bilməyəcəyini bildirdi: "Bəs Ukrayna tərəfinin nümayəndəsinin bu sənədləri paraflaması ədalətli və ya ədalətsiz olduğunu kim müəyyən edir? Burada ədalətsiz nədir və bunu kim müəyyən edir? Onlar kömək vəd etdilər və bu günə qədər davam edən Rusiya ilə qarşıdurmanı gərginləşdirməyə başladılar. Düşünürəm ki, məsələ sona yaxınlaşır, amma bu, hələ də ciddi məsələdir".
Bakı 




