• Bakı 12° C

    7.07 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Xameneinin baş müşaviri də öldü - Evi vurulmuşdu

DÜNYA

10 Aprel 2026 | 07:41

Xameneinin baş müşaviri də öldü - Evi vurulmuşdu

İranın keçmiş xarici işlər naziri Kamal Xarazi dünyasını dəyişib.

Bakıvaxtı.az İran KİV-lərinə istinadla xəbər verir ki, o, aprelin 1-də baş vermiş hava hücumu zamanı aldığı ağır xəsarətlərdən həyatını itirib.

Məlumata görə, sözügedən hadisə nəticəsində onun həyat yoldaşı həlak olub.

Kamal Xarazi daha əvvəl İranın Nyu-Yorkdakı BMT nümayəndəliyinə rəhbərlik edib. Onu da bildirək ki, Xarazi Əli Xameneinin baş müşaviri vəzifəsində də çalışıb. Oğul Xamenei isə ali dini lider təyin edildikdən sonra, atasının dövründə vəzifə tutanların hamısının eyni səlahiyyətləri davam etdirməsini xahiş etmişdi. 

Xarazi həmçinin Xarici Əlaqələr üzrə Strateji Şuranın rəhbəri idi. 

Aydın Baxış


SON XƏBƏRLƏR

09 Aprel 2026