ABŞ prezidenti Donald Tramp İranı son həftələrdə Tehranın nəzarətində olan və bölgə üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazından keçmək istəyən gəmilərdən rüsum tələb etməmək barədə xəbərdar edib.
Bakıvaxtı.az "Lemonde.fr"ə istinadən xəbər verir ki, Trampın sözlərinə görə, İranın boğazdan keçən neft tankerlərindən rüsum aldığı barədə məlumatlar yayılıb. Prezident bunun qəbuledilməz olduğunu vurğulayaraq bildirib:
"Onlar bunu etməsələr yaxşıdır, əgər edirlərsə, indi dayandırsalar yaxşıdır. İran Hörmüz boğazından neftin keçməsinə icazə verməməklə çox pis iş görür. Bizim razılaşmamız bu deyil".
Aydın Baxış
Bakı 




