Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki Karamay şəhərindən 174 km cənubda 4,7 bal gücündə zəlzələ qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Qazaxıstan sərhədindən təxminən 200 km, Rusiya sərhədindən isə 612 km məsafədə olub.
Episentrdə yeraltı təkanların gücü MSK-64 şkalası üzrə 5,9 bal olub.
Bakı 




