• Bakı 12° C

    7.07 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Şagird və tələbələrə kompüterlər paylanacaq  - Bu ölkədə

DÜNYA

10 Aprel 2026 | 08:38

Şagird və tələbələrə kompüterlər paylanacaq  - Bu ölkədə

Cənubi Koreya hökuməti qlobal operativ yaddaş böhranı fonunda şagird və tələbələrə kompüter paylamaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "PC Gamer" nəşri məlumat yayıb.

Məlumata görə, dövlət tərəfindən ilk növbədə aztəminatlı ailələrdən olan məktəblilər və tələbələr üçün fərdi kompüterlər, habelə noutbuklar alınacaq. Cənubi Koreya Təhsil Nazirliyi ibtidai və orta məktəb şagirdlərini, eləcə də tələbələri ən azı bir cihazla təmin etməyi planlaşdırır. Bildirilir ki, artıq 2025-ci ilin sonuna qədər 4.4 milyon ədəd kompüterin paylanması nəzərdə tutulur.

Hökumət texnologiyalara çıxış imkanları sahəsində yaranan bərabərsizliyin qarşısını almaq üçün bazarın vəziyyətinə nəzarəti gücləndirməyi hədəfləyir. Layihə çərçivəsində, həmçinin dövlət qurumları arasında işlənmiş, lakin saz vəziyyətdə olan kompüterlərin təhsil müəssisələrinə pulsuz ötürülməsi də nəzərdə tutulub.


SON XƏBƏRLƏR

09 Aprel 2026