• Bakı C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.974

    RUB - 2.1677

"Volkswagen" 50 min iş yerini ixtisar edir

DÜNYA

11 Mart 2026 | 09:23

Volkswagen 50 min iş yerini ixtisar edir

Almaniyanın avtomobil istehsalçısı "Volkswagen Group" 2030-cu ilə qədər Almaniyada 50 000 iş yerini ixtisar edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şirkətin illik hesabatında məlumat verilib.

Şirkətin 2025-ci maliyyə ili məlumatlarına görə, "Volkswagen" Almaniya zavodlarında işçi heyətini və istehsal gücünü məhdudlaşdırmaqla xərclərini 1 milyard avro azaltmağı bacarıb. Qeyd olunub ki, şirkət rəhbərliyi 2030-cu ilə qədər xərcləri ildə 6 milyard avro azaltmağı hədəfləyir. Xəbərə görə, 2024-cü illə müqayisədə şirkətin 2025-ci ildə mənfəəti 53.5% azalaraq 19 milyard avrodan 9 milyard avroya düşəcək, ümumi satışlar isə 0.2% azalacaq.

Hesabatda qeyd olunur ki, şirkətin 2025-ci ildə iqtisadi göstəricilərinin pisləşməsi Şimali Amerika və Çində satışların müvafiq olaraq 10% və 8% azalması, eləcə də ABŞ-də idxal tariflərinin tətbiqi və qeyri-istehsal xərclərinin artması ilə əlaqədardır. 2024-cü ilin sonunda uzun danışıqlardan sonra şirkət və həmkarlar ittifaqı 2030-cu ilə qədər Almaniyada 35 000 iş yerinin ixtisarını nəzərdə tutan yenidənqurma proqramı barədə razılığa gəlib. İndi şirkət rəhbərliyi əlavə işçi heyətini ixtisar etmək qərarına gəlib./Oxu.Az


SON XƏBƏRLƏR

10 Mart 2026