• Bakı C

    6.27 m/s

  • USD - 1.7

    EUR - 1.974

    RUB - 2.1677

ABŞ konqresində İrana hücumların məqsədi tənqid olundu

DÜNYA

11 Mart 2026 | 11:15

ABŞ konqresində İrana hücumların məqsədi tənqid olundu

ABŞ Konqres üzvləri ABŞ və İsrailin İrana hücumlarını ardıcıl olmayan və natamam adlandıraraq hədəf və potensial nəticələrini tənqid ediblər.

Bakıvaxtı.az-ın xəbərinə görə, Demokrat senator Kris Merfi bildirib ki, hava hücumları İranın nüvə proqramına təsir edə bilməyəcək və rejim dəyişikliyi məqsədi yoxdur.

Respublikaçı senator Rend Pol və Nümayəndələr Palatasının üzvü Nensi Meys də müharibənin məqsəd və xərclərinə etiraz ediblər.

Qeyd edək ki, ABŞ-İsrail hücumlarında İran lideri Ayətullah Əli Xamenei və digər yüksək vəzifəli şəxslər öldürülüb, İran rəsmilərinin məlumatına görə 1332 nəfər həlak olub.

Əli Hüseynov


SON XƏBƏRLƏR

10 Mart 2026