• Bakı C

    1.18 m/s

  • USD - 1.7

    EUR - 2.0105

    RUB - 2.2069

Ermənistanda hərbçi döyülüb

DÜNYA

09 Fevral 2026 | 17:23

Ermənistanda hərbçi döyülüb

Ermənistanının İstintaq Komitəsi müqavilə ilə xidmət edən hərbçinin vəhşicəsinə döyülməsi ilə bağlı cinayət işi açıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə komitə məlumat yayıb.

Məlumata görə, faktla bağlı "ağır bədən xəsarəti yetirmə" maddəsi ilə cinayət iş açılıb və ilkin araşdırma aparılır.

Kotayk bölgəsindən olan 24 yaşlı erməni hərbçi üz və gözü də daxil olmaqla ağır bədən xəsarətləri alıb.

Qeyd edilib ki, hadisə fevralın 5-də İrəvanın hərbi hissələrindən birində olub. Lakin insidentlə bağlı yalnız iki gün sonra xəbər verilib.


SON XƏBƏRLƏR