Portuqaliyada əlverişsiz hava nəticəsində paylayıcı şəbəkəyə dəyən ziyan səbəbindən azı 56 min nəfər hələ də elektrik enerjisi təchizatından məhrumdur.
Bakıvaxtı.az dünya mətbuatına istinadən xəbər verir ki, “Kristin” siklonunun təsir zonasında 48 min istehlakçı işıqsız qalıb.
Bazar günü vəziyyətin müəyyən qədər yaxşılaşmasına baxmayaraq, Portuqaliya Dəniz və Atmosfer İnstitutu (IPMA) yenidən güclü və uzunmüddətli yağışların gözlənildiyi barədə xəbərdarlıq ediblər.
Məlumata görə, ötən gecə Portuqaliyanın mülki müdafiə xidməti əlverişsiz hava ilə bağlı ciddi insidentlər qeydə almayıb.
Yanvarın sonunda Portuqaliyaya güclü külək və intensiv yağışlarla müşayiət olunan “Kristin” qasırğası daxil olub. Nəticədə ölkə üzrə minlərlə sakin elektriksiz qalıb. Təbii fəlakət nəticəsində beş nəfər həlak olub. Respublika hakimiyyətinin qiymətləndirmələrinə görə, əlverişsiz hava şəraitinin vurduğu zərər 4 milyard avronu keçə bilər.
Bakı 




