İran İslam Respublikasının ali liderinin oğlu və dini məktəbdə müəllim olan Müctəba Xameneinin fiqh və üsul üzrə onlayn dərsindən yayılan videoda onun dərslərini hələlik dayandırdığını dediyi görünür.
Bakıvaxtı.az xəbər verir ki, bu video 2024-cü ildə "BBC"də yayılıb.
Videoda Müctəba Xamenei bildirir ki, bu qərarı atasına məlumat vermədən qəbul edib və dərslərin dayandırılmasının müvəqqəti, yoxsa daimi olacağını özü də bilmir.
Məlumata görə, Müctəba Xameneinin “xaric dərsi” kimi tanınan bu dərsləri 13 il davam edib. Fiqh və üsul üzrə “xaric dərsi” şiə dini təhsil sistemində ən yüksək səviyyə hesab olunur və tələbələr bu mərhələni keçdikdən sonra ictihad dərəcəsinə çatırlar.
Qeyd edək ki, Müctəba atası Əli Xameninin ölümündən sonra İranın ali dini lideri seçilib./Modern.az
Bakı 




