• Bakı 13° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Britaniya risklərə hazır olmalıdır - Starmer

    DÜNYA

    10 Aprel 2026 | 13:15

    Britaniya risklərə hazır olmalıdır - Starmer

    Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkənin təhlükəli qlobal şəraitdə daha dayanıqlı olmasının vacibliyini diqqətə çatdırıb.

    Bakıvaxtı.az xəbər verir ki, o, “The Guardian” qəzetində dərc edilən məqaləsində bildirib ki, Böyük Britaniya risklərə hazır olmalıdır. Starmer uzunmüddətli perspektivi düşündüyünü qeyd edib. O vurğulayıb ki, ölkəni yenidən elə qurmaq istəyir ki, vətəndaşlar xaricdə baş verən hadisələrin əsirinə çevrilməsinlər.

    Qeyd edək ki, Kir Starmer hazırda Körfəz regionunda üçgünlük səfərdədir. O, səfər çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə Ciddədə görüşüb, daha sonra Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Qətərə yollanıb.


    SON XƏBƏRLƏR