• Bakı C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1527

Aİ İrana qarşı yeni sanksiyalar qəbul etdi

DÜNYA

11 Mart 2026 | 16:23

Aİ İrana qarşı yeni sanksiyalar qəbul etdi

Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

“Avropa İttifaqı İranı məsuliyyətə cəlb etməyə davam edir. Bu gün Aİ-yə üzv ölkələrin səfirləri insan hüquqlarının ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyan rejimin 19 vəzifəli şəxsi və qurumuna qarşı yeni sanksiyaları təsdiqləyiblər", - o deyib.

Kallasın sözlərinə görə, İran müharibəsi davam etdiyi müddətdə Aİ öz maraqlarını qoruyacaq və ölkə daxilində repressiyalara görə məsuliyyət daşıyanları təqib edəcək.

“Bu, eyni zamanda Tehrana İranın gələcəyinin repressiyalar üzərində qurulmamalı olduğu barədə bir siqnaldır”, – deyə Kallas qeyd edib.


SON XƏBƏRLƏR