q
  • Bakı 10° C

    10.45 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Müharibə hələ bitməyib - İran XİN

DÜNYA

29 Aprel 2026 | 16:24

Müharibə hələ bitməyib - İran XİN

“İranın ABŞ və İsrail ilə müharibəsi hələ bitməyib, İslam Respublikası bütün cəbhələrdə müdafiə mövqeyini qorumağa davam edir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib.

Diplomat qeyd edib ki, müharibənin bitdiyini demək çətindir: “Bütün cəbhələrdə müharibə bitənə qədər sülhə zəmanət verilə bilməz. Buna görə də düşünürəm ki, İran milli təhlükəsizliyini riskə ata bilməz. İran müxtəlif cəbhələrdə yüksək səviyyədə hazırlıqlı və müdafiə mövqeyində qalmaqda davam edəcək”.

Xətibzadə vurğulayıb ki, İranın məqsədi ABŞ-nin ölkə daxilində hansısa məqsədinə çatmasının qarşısını almaqla onu məğlub etməkdir.

O əlavə edib ki, hazırkı ehtiyac bu müharibənin tam bitməsi və onun kök səbəblərinin aradan qaldırılmasıdır.


SON XƏBƏRLƏR