• Bakı 11° C

    12.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Sibiqadan bu şəxslərə ÇAĞIRIŞ

DÜNYA

09 Fevral 2026 | 13:55 | Müəllif: Əli Hüseynov

Sibiqadan bu şəxslərə ÇAĞIRIŞ

Xarici işlər naziri Andrey Sibiqa Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak edən Rusiya vətəndaşlarının Avropa İttifaqı ölkələrinə səfər etməsinə qadağa qoyulmasına çağırış edib.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna XİN rəhbəri bu barədə “X” hesabında bildirib.

    Onun sözlərinə görə, “Ukraynaya qarşı təcavüzdə iştirak etmiş Rusiya vətəndaşlarının Aİ ölkələrinə daxil olmasına tam qadağa qoyulmalıdır”.

    “Ukraynanı işğal etmək üçün müqavilə imzalayan hər bir rus bilməlidir ki, o, həm də özünün Aİ-yə girişinə ömürlük qadağaya imza atır”, - Sibiqa qeyd edib.

    Ukrayna XİN rəhbəri Estoniyanın bu sahədə addımlar atdığını və bu mexanizmin nəticə verdiyini vurğulayıb.

    “Mən Aİ-dən olan həmkarlarımı ciddi addımlar atmağa çağırıram. Bu, Avropanın təhlükəsizliyini gücləndirmək üçündür”.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    14 Noyabr 2026