• Bakı C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

Praqa sakini evini təmizləyərkən tank əleyhinə raket tapdı

DÜNYA

09 Fevral 2026 | 12:34

Praqa sakini evini təmizləyərkən tank əleyhinə raket tapdı

Praqa sakini oğlunun evində tapılan işlək vəziyyətdə olan tank əleyhinə raketi Lhotka rayonundakı polis bölməsinə gətirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çexiya Televiziyası məlumat yayıb.

Nəşr bildirir ki, qadın alış-veriş çantasından raketi çıxaranda polis təəccüblənib. Yerli sakinin sözlərinə görə, o, sursatı oğlunun evini təmizləyərkən tapıb.

Telekanalın məlumatına görə, polis bölməyə bomba zərərsizləşdirmə mütəxəssisi çağırıb və bina boşaldılıb.

Praqa polisinin sözçüsü Yan Rıbanska bildirib ki, Praqa sakinləri artıq 83 silah, 20 patron və 3000-dən çox güllə təhvil veriblər.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

08 Fevral 2026