• Bakı C

    8.22 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Makron Ukraynaya 6000 əsgərin yerləşdirilməsi planını təqdim etdi

DÜNYA

10 Yanvar 2026 | 16:39

Makron Ukraynaya 6000 əsgərin yerləşdirilməsi planını təqdim etdi

6 yanvarda Parisdə keçirilən "Könüllülər Koalisiyası" sammitindən iki gün sonra Fransa Prezidenti Emmanuel Makron parlamentdə təmsil olunan siyasi qüvvələrlə görüşüb. Görüşün məqsədi sülh müqaviləsi imzalandıqdan sonra Ukraynada 6000 fransız əsgərinin yerləşdirilməsi planını təqdim etmək olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb.

Baş nazir Sebastyan Lekornu, Silahlı Qüvvələr naziri Ketrin Votrin, Müdafiə Qərargahının rəisi general Fabien Mandon, Milli Assambleyanın sədri Yael Braun-Piven və Senatın prezidenti Jerar Larşe, parlament fraksiyalarının rəhbərləri, partiya liderləri, eləcə də parlamentin xarici işlər və müdafiə komitələrinin sədrlərinin iştirak etdiyi görüş qapalı keçirilib.
 


SON XƏBƏRLƏR

10 Yanvar 2026