• Bakı C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

İtkin düşmüş balıqçıların axtarışına helikopter cəlb olundu - VİDEO - YENİLƏNİB

HADİSƏ

11 Dekabr 2025 | 15:05

İtkin düşmüş balıqçıların axtarışına helikopter cəlb olundu - VİDEO - YENİLƏNİB

Dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal olunan 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlu və 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun, həmçinin sentyabrın 27-də dənizdə batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Sultanov Tural Hüseynağa oğlunun axtarışları davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, axtarışlar FHN-in Aviasiya dəstəsin helikopteri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin qüvvələri tərəfindən həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

13:04

Xəbər verdiyimiz kimi, dekabrın 9-u axşam saatlarında Xəzər dənizinin Astara rayonu istiqamətində iki balıqçı itkin düşüb.

Hadisə ilə bağlı FHN-dən Bakıvaxtı.az-a bildirilib ki, hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən müxtəlif istiqamətlərdə davam etdirilir.

Qeyd edək ki, rayonun Şahağac kəndi ərazisində balıqçılar dənizə çıxıb və geri qayıtmayıblar. İtkin düşən 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun qohum olduqları bildirilir.

***

2025/12/10     12:17

Astarada dənizdə itkin düşən balıqçıların kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, itkin düşən 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun qohum olduqları bildirilir.

***

10:33

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

    Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

    Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.

    Əlavə məlumat veriləcək.

    ***

    10:27

    Astarada balıqçılar itkin düşüb.

    Bakıvaxtı.az-ın apa-ya istinadən xəbərinə görə, hazırda itkin düşən şəxslərin axtarışları aparılır.


    SON XƏBƏRLƏR