Yanvarın 9-da saat 00:10 radələrində Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasına 1994-cü il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Verilən məlumata görə, xəstəyə göz almasının dağılımına və tamlığının pozulmasına səbəb olan termiki yanıq diaqnozu qoyulub.
Qeyd edilib ki, təcili tibbi yardım şöbəsində ilkin tibbi xidmət göstərildikdən sonra pasiyent daha ixtisaslı müalicə üçün Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə təxliyə olunub.
Əli Hüseynov
***
08:28
Sumqayıt şəhərində zavodda partlayış baş verib.
Bakıvaxtı.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Qurbanov Elməddin Səxavət oğlu operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Bakı 




