Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Diyallı kəndi ərazisində yerləşən istirahət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində istirahət mərkəzinin ərzisində ümumi sahəsi 500kv.m olan və hazırda təmir işləri aparılan saunada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində saunanın yanar konstruksiyaları 100kv.m sahədə yanıb.
Saunanın böyük hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.
***
20:58
İsmayıllı rayonunda istirahət mərkəzində yanğın hadisəi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Diyallı kənd ərazisində 1962-ci il təvəllüdlü Abasov Malik Hacı oğluna məxsus "Qızıl qaya" istirahət mərkəzində qeydə alınıb.
Yanğın yerinə İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın zananı ümumi sahəsi 500 k/m olan hamam otağının 400 k/m tavan hissəsi yanıb, obyektin qalan hissəsi idə yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Bakı 




