• Bakı 25° C

    14.15 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

20 kq narkotik vasitə aşkarlandı - VİDEO

HADİSƏ

09 Yanvar 2026 | 14:29

20 kq narkotik vasitə aşkarlandı - VİDEO

Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbir zamanı 25 yaşlı Bakı şəhər sakini Hüseyn Məmmədzadə saxlanılıb. 

Onun əlində olan bağlamaya baxış zamanı 12 kiloqram 840 qram marixuana və 7 kiloqram 290 qram tiryək aşkarlanıb. H.Məmmədzadə ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan naməlum İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026