Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat Rafael Hüseynova töhmət verilib və ona xəbərdarlıq edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə partiyanın məlumatında deyilir.
Buna səbəb isə onun Milli Məclisdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsməsidir.
Bildirilib ki, sözügedən məsələ ilə bağlı rayon təşkilatlarından və partiya fəallarından daxil olan müraciətlər müzakirə edilib:
"VHP sədri Sabir Rüstəmxanlının Azərbaycan cəmiyyətində yüksək ictimai-siyasi, ziyalı mövqeyi, nəzərə alınmadan atılan bu addım həm partiyanın nüfuzuna, həm də ümumilikdə siyasi mədəniyyətə xələl gətirir. Milli Məclisin Terminologiya Komitəsinin üzvü, Azərbaycan Dil Qurumunun Başqanı, partiya sədri və Xalq Şairi olmaqdan əlavə bütün ömrünü dilimizin qorunmasına sərf etmiş Sabir Rüstəmxanlıya qarşı bu hörmətsizlik partiyanın parlamentdəki təmsilçisi olan Rafael Hüseynovun ciddi səhvidir.
MNTK partiya Nizamnaməsinin 9.2-ci maddəsinə əsasən Ali Məclisin üzvü Rafael Hüseynova töhmət elan edilməsi barədə qərar qəbul edib".
Bakı 



