• Bakı 10° C

    6.02 m/s

  • USD - 1.7

    EUR - 1.9874

    RUB - 2.1662

Generalın oğlu barədə QƏRAR VERİLDİ - YENİLƏNİB

HADİSƏ

11 Dekabr 2025 | 14:12

Generalın oğlu barədə QƏRAR VERİLDİ - YENİLƏNİB

Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov da həbs olunub.

Bakıvaxtı.az xəbər verir ki, ona Cinayət Məcəlləsinin 206.4; 213-1.2.2; 213-1.2.3 və və 308.2-ci maddələri üzrə ittiham elan olunub.

    Rəşad Daşdəmirov və Fərid Usubov barəsində məhkəmənin qərarı ilə 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

    ***

    13:55

    Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi və daha bir neçə nəfər qaçaqmalçılıq və digər ittihamlarla həbs olunub.

    Bakıvaxtı.az xəbər verir ki, apa-nın əldə etdiyi məlumata görə, ümumilikdə 6 nəfər bir sıra cinayətlərdə, o cümlədən, qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

      Onlardan Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov və digər bir neçə nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

      ***

      12:07

      Dövlət Gömrük Komitəsinin əməkdaşı həbs olunub.

      Bakıvaxtı.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

      Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı təsdiq ediblər. Bildirilib ki, o, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

      Hazırda zəruri istintaq tədbirləri icra olunur.

      Qeyd edək ki, Fərid Usubovun saxlanılması barədə ilk olaraq Gününsəsi.info məlumat yayıb.

      F.Usubov uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğludur.


      SON XƏBƏRLƏR