• Bakı 10° C

    6.02 m/s

  • USD - 1.7

    EUR - 1.9874

    RUB - 2.1662

Ballıca və Badara sakinlərinə ev açarları verildi - YENİLƏNİB

CƏMİYYƏT

11 Dekabr 2025 | 13:47

Ballıca və Badara sakinlərinə ev açarları verildi - YENİLƏNİB

Növbəti köç karvanı Xocalı rayonunun Ballıca və Badara kəndlərinə çatıb, sakinlərə açarlar təqdim olunub.

Bakıvaxtı.az xəbər verir ki,açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, bu köçlə Ballıcaya köçürülən ailələrin sayı 237-yə (1054 nəfər), Badaraya qayıdan ailələrin sayı isə 43-ə (154 nəfər) çatıb.

***

13:16

Xocalı rayonuna yola salınan növbəti köç karvanları Xocalı rayonunun Ballıca və Badara kəndlərinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Ballıcaya 9 (38 nəfər), Badaraya isə 6 ailənin (18 nəfər) qayıdışı təmin edilib.


SON XƏBƏRLƏR