• Bakı C

    4.88 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Gəncədə bıçaqlanan yeniyetmənin vəziyyəti açıqlanıb- YENİLƏNİB

CƏMİYYƏT

10 Yanvar 2026 | 12:15

Gəncədə bıçaqlanan yeniyetmənin vəziyyəti açıqlanıb- YENİLƏNİB

Gəncədə bıçaqlanan 16 yaşlı gəncin vəziyyəti açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, yanvarın 10-u saat 02:30-da 2010-cu il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

"Sarğı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb".


***
09:00

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən orta məktəblərin birinin qarşısında qeydə alınıb.

    Belə ki, şəhər sakini 2010-cu il təvəllüdlü N. Məmmədov bel nahiyəsinin kəsilmiş deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

    Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Yeniyetmənin hansı şəraitdə bıçaq xəsarəti alması məlum deyil.

    Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    10 Yanvar 2026