• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Bu marketdə saxta araqlar satılırmış - FOTOLAR

CƏMİYYƏT

11 Dekabr 2025 | 16:24

Bu marketdə saxta araqlar satılırmış - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Astara rayonunun Pensər kəndində Şərafət Mərhəldə qızı Nəcəfovaya məxsus marketdə yoxlama aparıblar.

Agntliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, marketdə ümumi sayı 91 ədəd “Golf Organic”, “Vip Line”, “Orginal Natura”, “Piterskaya”, “Wheat Water” və ”Organic Brand” əmtəə nişanlı saxta alkoqollu içki aşkar edilib. Saxta içkilər satışdan kənarlaşdırılıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim olunub.

Araşdırmalar davam etdirilir.


Bu marketdə saxta araqlar satılırmış - FOTOLARBu marketdə saxta araqlar satılırmış - FOTOLARBu marketdə saxta araqlar satılırmış - FOTOLARBu marketdə saxta araqlar satılırmış - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR