• Bakı C

    4.82 m/s

  • USD - 1.7

    EUR - 1.9874

    RUB - 2.1662

Məsciddə baş verən qətllə bağlı məhkəmə başladı

HADİSƏ

11 Dekabr 2025 | 17:22

Məsciddə baş verən qətllə bağlı məhkəmə başladı

Paytaxtın Bülbülə qəsəbəsində məsciddə yatan şəxsi qətlə yetirməkdə təqsirləndirilən Elvin Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası dekabrın 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə iyulun 26-da səhər saat 5 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən "İmamzadə" məscidində baş verib. 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla Nadir Səfərovun, 1996-ci il təvəllüdlü Elvin Məmmədov tərəfindən bıçaqla xəsarətlər yetirilərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi açılıb.

Elvin Məmmədov barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə yekun ittiham irəlir sürülüb.


SON XƏBƏRLƏR