• Bakı C

    4.82 m/s

  • USD - 1.7

    EUR - 1.9874

    RUB - 2.1662

Özbəkistan hərbçiləri Azərbaycan Ordusunun Kibertəhlükəsizlik Mərkəzində olub

SİYASƏT

11 Dekabr 2025 | 16:37

Özbəkistan hərbçiləri Azərbaycan Ordusunun Kibertəhlükəsizlik Mərkəzində olub

Özbəkistan Respublikasının hərbi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Özbəkistan nümayəndə heyəti ilə birgə Kibertəhlükəsizlik Mərkəzində olub. Burada Azərbaycan Ordusunun arsenalında olan müasir silah sistemi və informasiya texnologiyaları vasitələrinin kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində yerinə yetirilən fəaliyyətlər, həmçinin kibertəhdidlərə qarşı süni intellekt əsaslı kibermüdafiə vasitələri haqqında geniş məlumat verilib.

Daha sonra Hərbi Hava Qüvvələrinin Döyüşü İdarəetmə Mərkəzi ziyarət olunub. Nümayəndələrə müasir standartlara uyğun idarəetmə sistemləri ilə təchiz olunmuş mərkəzin strukturu, iş prinsipi və fəaliyyət istiqaməti ilə bağlı brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.


SON XƏBƏRLƏR