Özbəkistan Mərkəzi Bankının Rəhbərlər Şurası dekabrın 11-də keçirdiyi növbəti iclasında əsas faiz dərəcəsini dəyişməyərək illik 14% səviyyəsində saxlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə maliyyə tənzimləyicisinin mətbuat xidməti məlumat yayıb.
"Mərkəzi Bank əsas faiz dərəcəsini illik 14% səviyyəsində saxlayıb. İnflyasiyanın azalmasına, əhalinin və biznesin inflyasiya gözləntilərinin artmasına baxmayaraq, tənzimləyici tələb, təklif və xidmət sektorundan inflyasiya risklərini qeydə alıb. Əsas faiz dərəcəsinin saxlanılması inflyasiyanın uzunmüddətli perspektivdə dayanıqlı şəkildə azaldılmasına yönəlib", - məlumatda deyilir.
İlin sonuna inflyasiya proqnozu 7,3%-ə endirilib. Bununla belə, maliyyə xidmətlərinə çıxış imkanlarının artması sayəsində pərakəndə kreditləşmə sürətlə böyüməyə davam edir ki, bu da gələcəkdə inflyasiya təzyiqini artıra bilər.
Bakı 



