• Bakı C

    4.82 m/s

  • USD - 1.7

    EUR - 1.9874

    RUB - 2.1662

Su və Meliorasiya Elmi Tədqiqat İnstitutuna yeni akkreditasiya attestatı təqdim edildi

CƏMİYYƏT

11 Dekabr 2025 | 17:36

Su və Meliorasiya Elmi Tədqiqat İnstitutuna yeni akkreditasiya attestatı təqdim edildi

Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) Su və Meliorasiya Elmi Tədqiqat İnstitutuna AZS ISO/IEC 17024:2024 “Uyğunluğun qiymətləndirilməsi. Şəxslərin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara dair ümumi tələblər” standartı üzrə akkreditasiya attestatını təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, akkreditasiya institut üçün şəffaf, etibarlı və obyektiv meyarlara əsaslanan sertifikatlaşdırma proseslərinin təminatı, həmçinin mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəlməsi və sektorun inkişafına töhfə vermək baxımından böyük əhəmiyyət daşıyır.

Attestatın təqdimatı AzAK‑ın mərkəzində baş tutmuş, ardından isə institutda bununla bağlı rəsmi tədbir keçirilib.

Tədbirdə AZS ISO/IEC 17024:2024 standartının əsas prinsipləri, İnstitutda formalaşdırılan uyğunluq prosesləri və bu yeniliklərin sektorda yaradacağı imkanlar barədə ətraflı məlumat təqdim olunub.

Bu nailiyyət İnstitutun sertifikatlaşdırma xidmətlərinin keyfiyyətinin daha da yüksəlməsinə və beynəlxalq səviyyədə tanınmasına imkan yaradır.


SON XƏBƏRLƏR