Azərbaycanda keçən il vərəmli xəstələr arasında ölüm halları 2024-cü illə müqayisədə 42,2 % azalıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB tabeliyində Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov deyib.
Onun sözlərinə görə, 2024-cü il ilə müqayisədə 2025-ci ildə vərəmli xəstələrin ümumi sayı 12 %, həssas vərəmli xəstələrin sayı 19,4 %, yeni aşkarlanan xəstələrin sayı isə 12,7 % azalıb:
"Uşaqlar arasında vərəm xəstəliyinin göstəricilərində də ciddi müsbət dəyişikliklər olub. Belə ki, uşaq vərəmli xəstələrin ümumi sayı 41,7 %, yeni aşkarlanan uşaq xəstələrin sayı 50 %, yeni həssas uşaq xəstələrin sayı 60,3 %, təkrar uşaq xəstələrinin sayı isə 40 % azalıb. Yeni həssas vərəm xəstələri arasında fibroz-kavernoz formaların payı da azalıb ki, bu da uşaqlar arasında aşkarlanmanın aktivləşmə göstəricisi hesab edilə bilər".
Mərkəz direktoru əlavə edib ki, stasionara daxil olduqdan sonra ilk üç gün ərzində baş verən ölümlərin ümumi sayda payı 29,9 %, vərəm müalicə proqramına qoşulmayan xəstələr arasında ölüm halları isə 17,9 % olub:
"Ötən il müalicəyə cəlb olunan xəstələr arasında ölüm halları da əhəmiyyətli dərəcədə azalıb. Belə ki, 2024-cü illə müqayisədə 2025-ci ildə vərəmli xəstələr arasında ölüm halları 42,2 %, həssas xəstələr arasında 40 %, dərmanlara davamlı xəstələr arasında isə 46,3 % azalıb".
Bakı 




