• Bakı C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

Efir tərbiyəsizliyi: Senzura qadağandır, bəs məsuliyyət?

CƏMİYYƏT

02 Mart 2026 | 15:10

Efir tərbiyəsizliyi: Senzura qadağandır, bəs məsuliyyət?

Son dövrlər televiziya məkanında baş verən qalmaqallar, şou-biznes nümayəndələrinin efir vasitəsilə bir-birini təhqir etməsi və etik çərçivələrin aşılması cəmiyyətdə ciddi narahatlıq doğurur. Artıq təkcə tamaşaçılar deyil, tanınmış simalar da efirdə müşahidə olunan tərbiyəsizliklərə açıq şəkildə etiraz edirlər.

Bu vəziyyət fonunda suallar yaranır: efirlərimiz niyə bu həddə çatıb? Bu prosesin qarşısını almaq üçün qanuni şəkildə hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az Audiovizual Şuraya sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, Şura “Media haqqında” Qanun ilə ona verilmiş səlahiyyətlər çərçivəsində televiziya və radio yayımında qanunvericiliyə riayət olunması və media azadlığının təmin edilməsi ilə bağlı tədbirləri həyata keçirir:

“Azərbaycan Respublikasında mediada senzura qadağandır. Heç bir fiziki və ya hüquqi şəxs, qurum və ya dövlət orqanı media azadlığına müdaxilə edə bilməz. Proqramların hazırlanması və yayımlanması mövcud qanunvericilik çərçivəsində, kənardan heç bir müdaxilə olmadan məhz həmin yayımçı tərəfindən həyata keçirilir. Yalnız qanuni tələblərin pozulması halında (bu pozuntuya aparıcı, ekspert və ya qonaq tərəfindən yol verilməsindən asılı olmayaraq) məhz həmin yayımçıya qarşı qanunla müəyyən olunmuş inzibati tənbeh tədbirləri tətbiq oluna bilər”.

Qeyd edilib ki, media sahəsinin dinamik inkişaf edən və operativ dəyişikliklərə məruz qalan bir sahə olduğu nəzərə alınaraq, qanunvericiliyin mütəmadi olaraq cəmiyyətdə baş verən dəyişikliklərə, habelə digər normativ hüquqi aktlarla uyğunlaşdırılması zərurəti yarandığı təqdirdə təkmilləşdirilməsi mümkündür:

“Bununla belə, hazırkı mərhələdə qeyd etdiyiniz istiqamət üzrə qanunvericiliyə dəyişiklik edilməsi təklifi mövcud deyil”.

Aynur Babazadə


SON XƏBƏRLƏR