• Bakı C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

İstehlak kreditləşməsi 12%-ə yaxın artıb

İQTİSADİYYAT

02 Mart 2026 | 13:46

İstehlak kreditləşməsi 12%-ə yaxın artıb

Bu ilin fevral ayının 1-ə Azərbaycanda banklar və qeyri-banklar tərəfindən ev təsərrüfatlarına kredit qoyuluşunun həcmi toplam 19 milyard 115,1 milyon manat təşkil edib.

Bakıvaxtı.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin fevral ayının 1-ə nisbətən 11,5 faiz və ya 1 milyard 967,4 milyon manat, cari ilin yanvar ayının 1-i ilə müqayisədə isə 0,3% və ya 62,2 milyon manat çoxdur.

    Qeyd edək ki, fevral ayının 1-nə Azərbaycanda real sektora cəmi kredit qoyuluşu 31 milyard 863.7 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 8,7 faiz və ya 2 milyard 538,4 milyon çoxdur. Aylıq müqayisədə isə bu göstərici 0,3 faiz və ya 83 milyon manat azalıb.


    SON XƏBƏRLƏR